BMT 30 milyondan çox insanı ərzaqla təmin etmək üçün hərəkətə keçib

Münaqişələrin, eləcə də dünyada iqlim dəyişiklikləri ilə bağlı təbii fəlakətlərin fonunda aclıqdan əziyyət çəkən insanların sayı artır.

Aclıqdan əziyyət çəkən insalara kömək etmək üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) donorlardan 1,06 milyard dollar istəyib.

Təşkilatda ümid edirlər ki, bu məbləğ 26 ölkədə 30 milyondan çox insanı ərzaqla təmin etmək üçün kifayət olacaq.

FAO-nun nümayəndəsi Dominik Burjon bildirib ki, təəssüf ki, bu ölkələrin bir çoxunda həm münaqişələr, həm də təbii fəlakətlər müşahidə olunur və bu, vəziyyəti daha da çətinləşdirir. (Trend)