“Azərsun”, yoxsa “Veysəloğlu”? – SORĞU

Foodinfo.az qida xəbərləri portalı özünün facebook səhifəsində sorğuya başlayır. İlk sual Azərbaycanın iki nəhəng qida şirkəti ilə bağlıdır: “Azərsun”, yoxsa “Veysəloğlu”?

Facebook istifadəçilərindən “Azərsun Holdinq” MMC-ni seçənlər like, “Veysəloğlu” MMC-ni seçənlər ürək (love) işarəsini tıklamalıdır. Bundan başqa, şərhlərdə yazılan müvafiq şirkətin adı da sonda say hesabına əlavə ediləcək.

Fevralın 8-də saat 23:.00-da start verilən sorğu bir həftə davam edəcək və fevralın 15-də saat 23:00-da yekunlaşacaq. Sonradan gələn səslər hesaba alınmayacaq. Qalib şirkətin adı fevralın 16-da açıqlanacaq.

Qeyd edək ki, “Azərsun Holdinq” MMC 1991-ci, “Veysəloğlu” Şirkətlər Qrupu MMC isə 1994-cü ildən fəaliyyət göstərir.

Foodinfo.az

Tarix: / Foodinfo