Carrefour 273 mağazasını bağlayır

Fransanın marketlər şəbəkəsi Carrefour, 2018-ci il ərzində ölkə daxilində 273 mağazanın bağlanılacağını açıqlayıb.
İdarə Heyətinin sədri Aleksandr Bompard, 2017-ci ildə xərclərin yüksəldiyini bildirib. Şirkət 2020-ci ilə qədər 2 milyard avro qənaət etməyi planlaşdırlr. Həmçinin şirkətin fəaliyyəti 21-ci əsrin ticarət qaydalarına əsasən yenidən qurulacaqdır.
115 min nəfərin çalışdığı şirkətin bu qərarı nəticəsində 4500 nəfərin işdən çıxarılacağı gözlənilir. (“Marja”  )