“Azərsun” anbardar axtarır – VAKANSİYA

“Azərsun Holdinq” MMC yeni vakansiya elan edib.

Foodinfo.az xəbər verir ki, şirkət anbardar vəzifəsində işləmək üçün 4 nəfər işçi axtarır.

Ümumi məlumatlar

– 21-35 yaş arası kişi namizədlər;
– Ali təhsilli olması;
– Riyazi biliyinin yüksək olması;
– MS Office və Unity proqramlarını bilməsi;
– Diqqətli və məsuliyyətli olması.

İş haqqında məlumat

– Anbar əməliyyatlarını düzgün və sürətli formada həyata keçirilməsi;
– Anbar ehtiyatlarının doğruluğunun izlənməsi;
– Dövri anbar sayımlarına qatılmaq;
– Anbarda zədələnmiş və son istifadə tarixi keçmiş məhsulların aşkarlanması;
– Sistem üzərindən verilən sifarişlərin əl terminalları vasitəsi ilə əskiksiz və doğru toplanması.

İş şərtləri

Həftədə 1 gün istirahət.

İş yeri

Bakı şəhəri.

Son müraciət tarixi 10.02.2018.

Qeyd edək ki, 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan “Azersun Holding” MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.