Şirkət yeni sədri Tərtərin kəndində seçəcək

“Tərtər Konserv” ASC səhmdarlarının ümumi yığıncağı 22 mart 2018-ci il saat 11.00-da Tərtər rayonu, Ələsgərli kəndində keçiriləcək.

Foodinfo.az ASC-nin icra oranının məlumatına əsasən xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxildir:

  1. Tək başçı icra orqanının (sədrinin) seçilməsi;
  2. Cəmiyyətin nizamnaməsinin 3-cü redaksiyada təsdiqi.
  3. Digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.

Əlaqə telefonu: (070) 766-76-63.