“Makromart” marketlərinin taleyi məlum oldu – ÖZƏL

Bir müddət öncə “Azərsun Holding” MMC tərəfindən satın alınan “Makromart” marketlər şəbəkəsinə aid mağazaların hansı brend adı altında fəaliyyətini davam etdirəcəyi məlum olub.

Foodinfo.az-ın əldə etdiyi məlumata görə, “Makromart”a aid mağazaların hamısı “Bazarstore” brendi ilə fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Makromart” supermarketlər şəbəkəsi Azərbaycanda 2009-cu ildən fəaliyyətə başlayıb. Ölkənin qabaqcıl qida sənayəsinə sahib olan “Azərsun Holding” MMC-yə aid “Bazarstore” isə 2011-ci ildən fəaliyyətdədir.

Foodinfo.az

Tarix: / Foodinfo