“Bazarstore” 20 işçi axtarır – VAKANSİYA

“Bazarstore” mağazalarında işləmək üçün satıcı və kassir vəzifəsi üzrə 20 işçi axtarılır.

Həmin vakansiyalarla bağlı “Karyera günü” təşkil olunacaq. Foodinfo.az xəbər verir ki, tədbirdə iştirak edənlər “Bazarstore”un mağazaları haqqında və işə qəbul prosesi ilə bağlı bütün suallara cavab almaq, mövcud vakansiyalarla tanış olmaq və birbaşa müraciət etmək imkanı əldə edəcəklər.

Tədbirdə iştirak üçün öncədən “Müraciət et” düyməsinə tıklayaraq qeydiyyata düşmək lazımdır. Öncədən qeydiyyatı olmayan müraciətlər dəyərləndirilməyəcək.

İş şərtləri: Həftədə 1 gün istirahət.

Son müraciət tarixi: 05.02.2018.

İş yeri Bakı şəhərindədir.

Qeyd edək ki, “Bazarstore” mağazalar şəbəkəsi “Azersun Holding” MMC-yə daxildir.  1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan “Azersun Holding” MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.

Foodinfo.az

Tarix: / Foodinfo