“Favorit-Market”lərdə bazar günü endirimi

“Favorit-Market”lərdə bu gün, yanvarın 28-də seçilmiş 5 tərəvəz məhsulunun hər birində 20% endirim təklif ediləcək.

Bu barədə Foodinfo.az-a “Favorit” supermarketlər şəbəkəsindən məlumat verilib.

Qeyd edək ki, “Baku Retail Group” MMC-nin “Favorit” supermarketlər şəbəkəsi 08.12.2008 – ci ildə ilk dəfə olaraq “Everest” market markası ilə fəaliyyətinə başlayıb. 2010-cu ildə daha 2 marketi açıldıqdan sonra, “Favorit-Market” markası ilə 11.11.2011 – ci il tarixində bazarda ilk dəfə olaraq 3000 m2-lə ən böyük sahəli supermarketlə möhtəşəm açılışla daha geniş miqyaslı fəaliyyətinə start verdi. Bundan sonra 2012-ci ildə 4 market, 2013-2014-cü illərdə 3 market, 2016-cı ildə 5 yeni marketi, 2017-ci ildə isə daha 2 market açılışı ilə hazırda “Favorit” supermarketlər şəbəkəsi “Express” və “Supermarket” tipli 18 marketi ilə Bakı və Quba şəhərlərində vətəndaşlara xidmət edir.

 

Tarix: / Foodinfo