Qidaların üçdə biri istifadə edilmədən xarab olur 

Texnolji yeniliklər ərzaq israfını minimuma endirə bilər

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) “Moskva-2018” qida paketləmə sərgisində dünyada daha az ərzaq israfı üçün yol xəritəsini açıqlayıb.

Foodinfo.az xəbər verir ki, qurumun nümayəndəsi və sərginin təşkilatçısı olan Messe Düseldorf qablaşdırma sektorundakı texnolji yeniliklərin ərzaq israfının minimuma endirilə biləcəyini söyləyib.

Onun sözlərinə görə, dünyadakı bütün qidaların üçdə biri istifadə edilmədən öncə xarab olur və ya israf edilir. Beləliklə, ərzaq istehsal etmək üçün istifadə edilən elektrik enerjisi, su, torpaq və digər sərvətlər da israf edilmiş olur.

Festival çərçivəsində təşkil edilən xüsusi seminarda çıxış edən qida eksperti Robert van Otterdiyk isə deyib ki, son zamanlar qidalara qarşı daha həssas düşüncə formalaşmağa başlayıb.

Ekspert xüsusi qida paketləmə sektorunda israfçılığın qarşısının alınması üçün yeni həll yoları üzərində araşdırmaların başladığını deyib.

Ayxan/Foodinfo.az

Tarix: / Foodinfo