“Bravo” 100 manatlıq müsabiqə elan edib

Daha üç ünvanda market açılacaq

“Bravo” supermarketlər şəbəkəsi daha üç ünvanda market açacaq.

Foodinfo.az-ın xəbərinə görə, bununla bağlı supermarketlər şəbəkəsinin facebook səhifəsində məlumat verilib.

Lakin marketlərin hansı ünvanda açılacağı məlum deyil. “Bravo”, marketlərin açılacağı yerləri ilk düzgün tapan 3 nəfəri 100 manat dəyərində alış-veriş kuponu ilə mükafatlandıracaq. Düzgün cavab tapan olmasa, 3 qalib püşklə müəyyənləşdiriləcək.

Yeni marketlərin ünvanları 25 yanvar, saat 18:00-da supermarketlər şəbəkəsinin facebook səhifəsində elan ediləcək. Həmin postun altında qaliblərin adları da açıqlanacaq.

Pünhan Əliyev/Foodinfo.az

Görüntünün olası içeriği: yazı

Tarix: / Foodinfo