İnanılmaz: Marketdə quş müştərinin pulunu apardı – VİDEO

Müştəri pulu təkrar ödəməyərək aldığı malı götürüb gedib

Marketdə quş müştərinin pulunu aparıb. Foodinfo.az-ın xəbərinə görə, hadisə Braziliyada baş verib. Görüntülər təhlükəsizlik kamerasına düşüb. Məlum olur ki, müştəri aldığı malın pulunu tərəzinin üzərinə qoyur.

Bu zaman haradansa bir quş peyda olur. Müştəri quşu əzizləmək istəyərkən, quş pulu götürərək uçub gedir. Müştəri isə pulu təkrar ödəməyərək aldığı malı götürüb gedir.