“Bizim Market” “birləşmə” barədə xəbərlərə münasibət bildirdi

“Bizim Market” şəbəkəsi bazarda qalacaqmı?

“Son vaxtlar sosial şəbəkələrdə və mətbuatda “Bizim Market” mağazalar şəbəkəsinin digər şəbəkə ilə birləşməsi barədə şaiyələr yayılıb”.

Foodinfo.az-ın xəbərinə görə, bu barədə şəbəkənin sahibi “Bizim Market” MMC-nin yaydığı açıqlamada bildirilib. Açıqlamada qeyd olunub ki, “Bizim Market” heç bir digər market şəbəkəsinə birləşməyib:

“Biz heç bir market şəbəkəsinə birləşməmişik. Bu şayiələrin haradan qaynaqlandığı və hansı məqsədlərə qulluq etdiyi bizə məlumdur. Mağazalarımız öz ahəngi ilə fəaliyyətini davam etdirir”.

MMC-dən həmçinin bildirilib ki, yaxın aylarda yeni layihələr ilə müştərilərin sevindirilməsi planlaşdırılır:
“Müştərilərimizi əmin etmək istəyirik ki,mağazalarmızdakı çeşid bolluğu, münasib qiymət siyasəti və ən əsası müştəri məmnunluğu hər zaman diqqətimizdədir”.

Foodinfo.az

Tarix: / Foodinfo