Avropada zəhərli qidalar aşkarlanıb

Avropa Qida Təhlükəsizliyi Təşkilatının direktorundan insanlara qida tövsiyəsi

Son zamanlar Avropada qida sektorunda ciddi böhranlar yaşanmaqdadır.

Foodinfo.az Euronews-a istinadən xəbər verir ki, Avropada bir neçə ölkədə zəhərli yumurta və uşaq yeməkləri, həmçinin qlifosat maddəsinin istifadə edilməsi aşkarlandıqdan sonra qidaların təhlükəsizliyi məsələsi ciddi müzakirə edilməyə başlayıb.

Məsələ ilə bağlı danışan Avropa Qida Təhlükəsizliyi Təşkilatının direktoru Bernard Url insanlara təbii məhsullar yeməyi tövsiyyə edib: “Təbii qidalar keyfiyyətli seçimdir. Bu, sadəcə təhlükəsizlik məsələsində deyil, istehsal şəraiti ilə də bağlıdır. Bu səbəbdən mən də orqanik qidalara üstünlük verirəm”.

B.Url sözlərinə əlavə edərək avropalı istehlakçıları qidaların təhlükəsiz olduğuna əmin etməyə çalışıb:
“Avropa Komissiyası və ərzaq istehsalçıları təhlükəsizliyə böyük önəm verirlər. Sıfır risk deyə bir şey yoxdur. Ətraf təsirlər səbəbindən bəzən problemlər çıxır. Önəmli olan həmin zərərli ərzaqları sürətli şəkildə müəyyənləşdirmək və geri toplamaqdır. Avropada bu sistem olduqca güclü şəkildə işləyir”.

Fərid/Foodinfo.az