Qış olimpiya oyunları üçün “halal qida” proqramı hazırlandı

Food Navigator saytı “Crave Halal” adlı proqramını iPhone-a yüklənməklə, eləcə də cravehalal.com saytına daxil olmaqla istifadə ediləcək

Pyonçxanq 2018 Qış Olimpiasına baxmaq üçün Cənubi Koreyaya gedən müsəlman turistlərə ən yaxın restoran və halal yemək mağazalarını tapmaq üçün yeni bir proqram hazırlanıb.

Food Navigator saytı “Crave Halal” adlı proqramını iPhone-a yüklənməklə, eləcə də cravehalal.com saytına daxil olmaqla istifadə edilə biləcəyini qeyd edib.

Proqram hazırda Koreyanın 30 şəhərində 150 halal mərkəzi təqdim edir. Proqramın qurucuları amerikalı və kanadalı olan iki gəncdir. Dediklərinə görə, bu yaxınlarda halal mərkəzlərin sayı daha da artacaq.

Bu proqramın istifadəyə verilməsinin məqsədi yerli müsəlmanlara və Cənubi Koreyaya gələn turistlərə, xüsusilə Pyonçxanq 2018 Qış Olimpiasına baxmaq üçün gəlmiş qonaqlarına halal qida və obyektlər haqqında məlumat verməkdir.

Halal restoranlar, halal məlumatlar, iş saatı, restoranların dəqiq ünvanı, fotolar və şərhlər bu proqram tərəfindən istifadəçilərə təqdim olunur.

Cənubi Koreyanın müsəlman əhalisinin sayı çox deyil.

Lakin son illərdə İslam turizminə maraq bu Asiya ölkəsində artmaqdadır. Cənubi Koreya 2016-cı ildə təxminən bir milyon müsəlman turisti qarşılayıb. Koreya hökuməti 2018-ci ildə bu rəqəmin ən azı 20% artmasını gözləyir. Cənubi Koreyaya gələn müsəlman turistlərin əksəriyyəti İndoneziya, Malayziya və Yaxın Şərqdəndir.

Xatırladaq ki, Pyonçxanq 2018 Qış Olimpia oyunları 9 -25 fevral tarixində keçiriləcək.