OBA marketlərdə qiymətlər niyə ucuzdur?

OBA marketlər şəbəkəsi açıqlama verdi

“OBA marketlər şəbəkəsində məhsulların saxlanma şəraitinə tam əməl olunur. Burada satılan məhsulların təzə olmasına diqqət edirik. Bundan başqa marketlərimizdə yalnız 700-900 çeşiddə gündəlik tələbat məhsulları satıldığı üçün onların saxlanma şəraitinə tam əməl etmək də daha rahatdır”.

Bunu Foodinfo.az-a açıqlamasında OBA marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Elvin Babayev deyib.

Görüntünün olası içeriği: 1 kişi, takım elbise

Elvin Babayev

OBA marketlərdə satılan məhsulların aşağı qiymətə olmasına gəlincə, E.Babayev bunun səbəbinin çox sadə olduğunu bildirib. “Biz məhsulları bir başa istehsalçıdan alaraq isthlakçıya tədim edirik. Buna görə də məhsul qiymətinin üzərinə aşağıdakı xərclər əlavə olunmur:

– Distributer şirkətlərin xərcləri: sürücü, mal qəbulçusu, promotur, merçendayzer, ekspeditor, marka meneceri, marka müdürü, saxlama anbar xərci, yenidən marketlərə paylanma xərci və s.  Yəni OBA marketlər istehsalçıdan alınan məhsulu birbaşa öz anbarlarına daşıyaraq,  marketlərə dağıtımı özü həyata keçirir. Bu da qeyd olunan logistika və distribüter xərclərini minimuma endirir.

– Bundan başqa OBA marketlər şəbəkəsi bəzi brend malların da satışını həyata keçirir. Topdan şəkildə marka malların alışını həyata keçirilməsi məhsulun maliyyətinə də təsir . Bu zaman əlavə hədiyyə və endirimlər sahəsində məhsulun qiymətini digar marketlərə nisbətən daha ucuz olmasına gətirib çıxarır.

– Satılan məhsullarda markalara yox, keyfiyyətə önəm verilir. Yəni OBA marketlər şəbəkəsi arada vasitə olmadan istehsalçı ilə birbaşa danışıqlar apararaq brend məhsulları qablaşdırması olmadan alır və öz maka adı altında istehlakçıya təqdim edir. Bu da məhsulun tanıdılması üçün çəkilən reklam xərclərinin, pr və aksiyaları, müxtəlif marketinq gedişləri üçün xərclənən pulların aradan qaldırılmasına səbəb olur və məhsulun qiyməti xeyli aşağı düşür.

Qeyd etdiyim bu və digər amillər OBA marketlər şəbəkəsində satılan məhsulların qiymətinin ucuz olmasına gətirib çıxarır”.

Foodinfo.az

Tarix: / Foodinfo