Dünyanın qida nəhəngi şokolad fabrikini satır

Dünyanın qida nəhəngi İsveçrənin “Nestle” şirkəti ABŞ-dakı şokolad fabrikini İtaliyanın “Ferrero” şirkətinə satır

İki şirkət arasında olan razılaşmanın dəyəri 2,8 milyard ABŞ dollar təşkil edir.

Qeyd edək ki, “Nestle” hələ ötən ilin iyun ayında Amerikadakı “baton şokolad” biznesini satacağını açıqlamışdı. İsveçrə nəhənginin ABŞ-dakı biznesini almaq üçün isə iki nəhəng şirkət İtaliyanın “Ferrero” və Amerikanın “The Hershey Company” şirkətləri mübarizə aparırdılar. Son zamanlarda isə onlar arasında qiymət danışıqlarının getdiyi deyilirdi. Bu halda, güman olunur ki, razılıq yanvarın 14-də əldə edilə bilər. 2016-cı ilin sonunda “Nestle”nin ABŞ-dakı şirniyyat sənayesi aşağı düşmüş və təxminən 915 milyon dollara çatmışdı. (a24.az)