“Azərsun” daha 15 mühafizəçi axtarır – VAKANSİYA

İş üçün həm qadın, həm də kişilər müraciət edə bilərlər

“Azərsun Holdinq” növbəti dəfə vakansiya elan edib.

Foodinfo.az xəbər verir ki, bu dəfə şirkət  tərəfindən qəbul ediləcək işçilərin sayı 15 nəfərdir.

İş yeri: Şəmkir, Tovuz, Mingəçevir, Qəbələ, Masallı, Lənkəran.

Namizədlər yanvarın 20-dək bu ünvana müraciət edə bilərlər.

Ümumi məlumatlar

– Fiziki cəhətdən sağlam və mühafizə üçün yararlı olmalı;
– Boy kriteriyası: 
– Xanımlar 165 sm-dən yuxarı olmalı;
– Kişilər 175 sm-dən yuxarı olmalı;
– Mühafizə Sertifikatı olanlara üstünlük verilir;

İş haqqında məlumat

– Təsdiq edilmiş İş Qrafikinə uyğun olaraq xidməti təşkil etmək;
– Rəsmi porsedurlara əsasən obyekt və postu təhvil almaq və təhvil vermək;
– Müəssisə işçilərinin və qonaqların giriş-çıxışlarını qeydiyyata almaq və nəzarət etmək;
– Məsul olduğu obyekt və postlarda səlahiyyəti daxilində təhlükəsizlik mühiti yaratmaq;
– Tabe olduğu rəhbərlər tərəfindən verilən təlimat və göstərişləri yerinə yetirmək.

İş şərtləri

İş qrafiki: Növbəlidir.

Qeyd edək ki, 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan “Azersun Holding” MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.

Foodinfo.az