680 manatlıq içki oğurlayan şəxs kameraya düşdü

Hadisə “Tarqovı”da baş verib

Bakıda tanınmış supermarektdən bahalı içki oğurlanıb.

Foodinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə “Tarqovı”da yerləşən “Kontinental Supermarket”də baş verib.

Mağazanın müdiri Rza Rzayev polisə müraciət edərək bildirib ki, yanvarın 15-də saat 18 radələrində mağazadan dəyəri 680 manat olan bir ədəd viski içkisi oğurlanıb. Naməlum şəxsin içkini oğurladığı anlar müşahidə kamerasına düşüb.

Tarix: / Foodinfo