Dünya brendi SPAR bakıda ilk ekspress filialını açdı

Ekspress filialında müştərilərə hazır yeməklər, salatlar, dönər, burger və digər hazır qidalar təklif olunur

Araz Supermarket MMC-nin rəsmi tərəfdaşı olan SPAR supermarketlər şəbəkəsi Nəsimi rayonu, 28 may küçəsi 50 (Səməd Vurğun bağının yaxınlığı) ünvanında ilk EKSPRESS filialının açılışını edib.

Foodinfo.az-ın məlumatına görə, yeni açılan filialda meyvə və tərəvəz, ət və ət məhsulları, süd və süd məhsulları, qida, gigyenik vasitələr və s. bölmələr müştərilərin xidmətinə verilib. Müştərilər marketin daxilindəki “Xonça” un məmulatları bölməsindən müxtəlif növ şirniyyat və bulkular, tortlar və s. əldə edə biləcəklər. Ekspress filialında müştərilərə hazır yeməklər, salatlar, dönər, burger və digər hazır qidalar təklif olunur.

 

Qeyd edək ki, marketin açılışı ilə əlaqədar müştərilər üçün endirim və kampaniyalar nəzərdə tutulub. Açılışa özəl endirim və hədiyyə kampaniyası 12-13-14 yanvar tarixində qüvvədə olacaqdır. Məsələn Vineqred salatının 1 kiloqramı 8.60, paytaxt salatının 1 kiloqramı 8.30 manat, 1 ədəd toyuq burger alana 1 ədəd hədiyyə olunacaq və qiyməti cəmi 1.99 manat, Mars və Sinikers tortu 6.45 manat olacaqdır. Endirimlərdən yararlanmaq üçün marketi ziyarət etməyiniz tövsiyyə olunur.

2015-ci ildən ölkəmizdə fəaliyyət göstərən dünya brendi olan SPAR Supermarketlər şəbkəsi daima müştəri məmnuniyyətini düşünərək yüksək xidmət və keyfiyyətə önəm verir, o cümlədən ucuz qiymətlə müştərilərinə xidmət göstərir.