Uşaq qidasında təhlükəli bakteriya tapıldı

Zavodun bağlanmasına qərar verilib
Fransada uşaq qidasının tərkibində zərərli bakteriya olduğuna görə satışdan yığılmasına dair qərar verilməsinə baxmayaraq, hələ də marketlərdə satılması məlum olub.
Süd tozu və uşaq qidası istehsalında dünyanın aparıcı şirkətlərindən olan Fransız Lactalis-in tərkibində  dekabr ayında salmonella bakteriyası aşkar edilib. Şirkət Kraondaki zavodundakı məhsulların hamısının geri toplanmasına qərar verib. Lakin istehlakçılar marketlərdə bu firmanın qidalarının hələ də satıldığından şikayət ediblər.
Paris prokurorluğu Lactalis haqqında istintaqa başlayıb və zavodun bağlanmasına qərar verilib.
Intermarche, Auchan, Cora, Carrefour, Super U, Hyper U və E. Leclerc kimi marketlərdə hələ də bu qidaların satıldığı təsdiqini tapıb (kolgemedia.az)
Diqqət! Fransa istehsalı uşaq qidasında təhlükəli bakteriya tapıldı - Zavod bağlandı

Tarix: / Foodinfo