Namizədlər CV-lərini e-mail ilə göndərə bilərlər
“Azərsun Holdinq” vakansiya elan edib.
Foodinfo.az xəbər verir ki, 20-30 yaş aralığında namizədlər CV-lərini cv@azersun.com e-mail ünvanına göndərə bilərlər.
Ümumi məlumatlar:
– 20-30 yaş aralığında namizədlər;
– Fiziki cəhətdən sağlam və mühafizə üçün yararlı olmalı;
– Boy kriteriyası:
– Xanımlar 165 sm-dən yuxarı olmalı;
– Kişilər 175 sm-dən yuxarı olmalı;
– Mühafizə Sertifikatı olanlara üstünlük verilir;
İş haqqında məlumat
– Təsdiq edilmiş İş Qrafikinə uyğun olaraq xidməti təşkil etmək;
– Rəsmi porsedurlara əsasən obyekt və postu təhvil almaq və təhvil vermək;
– Müəssisə işçilərinin və qonaqların giriş-çıxışlarını qeydiyyata almaq və nəzarət etmək;
– Məsul olduğu obyekt və postlarda səlahiyyəti daxilində təhlükəsizlik mühiti yaratmaq;
– Tabe olduğu rəhbərlər tərəfindən verilən təlimat və göstərişləri yerinə yetirmək.
İş şərtləri:
İş qrafiki: Növbəlidir
İş yeri: Bakı şəhəri
Qəbul ediləcək işçi sayı: 5
Son müraciət tarixi: 30.01.2018.
Qeyd edək ki, 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan “Azersun Holding” MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.
Foodinfo.az