Azərbaycanda qida sənayesində çalışanlar üçün yeni lüğət – Foto

Orxan Həsənovun “Qida Sənayesi Üçün Texniki Terminlər Lüğəti” adlı kitabı işıq üzü görüb

İngilis dili dünyada çox müxtəlif cəmiyyətlərə və sahələrə xidmət edən əsas informasiya daşıyıcısı kimi sürətlə beynəlxalq dilə çevrilməkdədir. Bu dil hazırda dünya sənaye sahəsində də aparıcı dil sayılır. Buna görə də İngilis dilini öyrənməyə və bu dilin zəngin informasiya daşıyıcısı olan lüğətlərə böyük ehtiyac var.

Foodinfo.az xəbər verir ki, bu günlərdə Orxan Həsənovun “Qida Sənayesi Üçün Texniki Terminlər Lüğəti” adlı kitabı işıq üzü görüb. Lüğətə 5000-dən çox söz və termin daxil edilib. Bundan əlavə lüğətdə xeyli sayda söz birləşməsi, frazeoloji birləşmələr və həmçinin şəkilli izahlı terminlər öz əksini tapıb.

Bugün ölkəmizdə qida sektorunda istifadə olunan əksər istehsalat avadanlıq və cihazları ABŞ, İsveçrə, İtaliya, İspaniya, Çin, Almaniya və digər ölkələrdən gətirilir. Həmin cihazların texniki pasportları və digər texniki istismar kitabçaları məhz İngilis dilində tərtib edilmişdir. Bu isə istehsalat cihazlarını istismar edənlər üçün çətinlik yaradır. Sözügedən yeni lüğətin yaranan bucür çətinlikləri aradan qaldırmaqda bir vasitə olacağını düşünürük.

Qeyd edək ki, Orxan Nazim oğlu Həsənov 1992-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. 2010-2014-cü illərdə Qafqaz universiteti və Türkiyənin Marmara universitetində (2012) Beynəlxalq Münasibətlər (ingiliscə) ixtisası üzrə fərqlənmə diplomu ilə bakalavr dərəcəsi almışdır. 2014-2016-cı illər Azərbaycan Dövlət İqtisad Universitetinin Bizesin İdarəsi və Təşkili (ingiliscə) ixtisası üzrə magistr təhsili almışdır. 2012-ci ildə Metyu Brayzanın təşkil etdiyi “American Studies İnstitiute” (Amerika Araşdırmalar İnistitutu) seminarını bitirmiş, 2012-2013-cü illərdə “Azerbaijan Future Studies Society”-nin (Azərbaycan Gələcək Araşdırmalar Cəmiyyəti) təşkil etdiyi “BMT-nin Minillik Layihəsi” üzrə diploma layiq görülüb. 2014-cü il Romada təşkil olunan BMT Modul İqtisadi Konfransında iştirak edib.

Məlumat üçün onu da qeyd edək ki, Orxan Həsənov bu yaxınlarda Sumqayıtda fəaliyyət göstərən “New Generation” tədris mərkəzində ingilis dilinin tədrisinə başlayıb.

https://scontent.fhel2-1.fna.fbcdn.net/v/t1.0-9/26239343_2055134461410249_9017896820703622311_n.jpg?oh=6561f82b06df60101ef8534e33febadb&oe=5AB5E92A

Tarix: / Foodinfo