“Favorit” ittihama cavab verdi

“Favorit” supermarketin heç bir filialında bu baş verməyib”

“Favorit supermarket” şair Şəhriyar del Geraninin “Facebook”da yazdığı statusa münasibət bildirib.

Foodinfo.az-ın xəbərinə görə, supermarketin ictimaiyyətlə əlaqələr üzrə meneceri  Elvin Babayev şairin yazdıqlarını təkzib edib: “Marketlərimizdə çalışan hər bir satıcıya “Araz təlim və inkişaf mərkəzi” tərəfindən müştəri ilə davranış kodeksi, etik davranış kodeksi və s. mövzularda müntəzəm olaraq təlim və seminarlar keçirilir. Müştərilərimizdən hər hansı bir satıcı barədə şikayət daxil olduğu zaman, Müştəri Xidmətləri Şöbəsi və İnsan resursları departamenti tərəfindən dərhal araşdırılır. Əgər hər hansı bir neqativ hal baş veribsə personala xəbərdarlıq olunur və etik davranış barədə yenidən təlimatlandırılır.”

Elvin Babayev bildirib ki, mağaza personalının dərhal işdən azad olunması isə absurddur. “Şəhriyar del Gərani adlı facebook istifadəçisindən şirkətimizə heç bir şikayət daxil olmayıb. Facebookda yazdığı statusun əsası yoxdur. Məqsədi nədir bilmirəm. Əgər şikayəti varsa bizə bildirə bilər. Bizim üçün bütün müştərilər dəyərlidir”.

Xatırladaq ki, Şəhriyar del Gerani sosial şəbəkədə “Favorit supermarket”in satıcısının ona qarşı qeyri-mədəni rəftarına görə işdən çıxarıldığını bildirmişdi.

Tarix: / Foodinfo