Azərbaycanlı məşhurlar heyvanlar üçün birləşdi – VİDEO

Sahibsiz küçə heyvanlarının qorunması ilə bağlı sosial layihə

Lider TV-dən Foodinfo.az-a daxil olan məlumata görə, layihənin əsas məqsədi insanları heyvanlara, xüsusilə də küçə itlərinə qarşı mərhəmətli olmağa və onlara kömək etməyə çağırışdır. Eyni zamada çarxda küçə heyvanlarından qorxmadan, onlara qarşı düzgün davranış qaydalarından da bəhs edilir.

Sosial çarxda məşhur yazıçı Çingiz Abdullayev, millət vəkili Qənirə Paşayeva, ilahiyyatçı Hacı Şahin, bəstəkar Aygün Səmədzadə, xalq artisti Faiq Ağayev, əməkdar artistlər Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, pianoçu İsfar Sarabski, müğənnilər Nura Suri, Murad Arif, Elnur Hüseynov, aparıcılar Hüsniyə Məhərrəmova, Tural Əsədov, fotoqraf Cəlal Kəngərli və bir çox tanınan sima iştirak edib.

Qeyd edək ki, layihənin ideya müəllifi Lider TV-nin rəhbəri Ədalət Əliyevin xanımı Nailə Əliyevadır. N. Əliyeva özü də bu sosial çarxda iştirak edib.

Tarix: / Foodinfo