Müraciət: “Yola səpilən duzları əhaliyə satırlar”

“Həmin duzlar gölməçələrdən, göllərdən, axmaz sulardan, yarğanlardan, zibilxanalardan yığılır…”

“TURAL-İ-91” Şirkətinin direktor İ.Abdiyev Azərbaycan Prezidenti İlham Əliyev, Birinci Vitse-prezident Mehriban Əliyevaya və dövlət qurumlarının rəhbərlərinə müraciət ünvanlayıb.

Foodinfo.az-ın xəbərinə görə, müraciəti “Azad İstehlakçılar İctimai Birliyi”nin (AİİB) sədri Eyyub Hüseynov yayıb.

Müraciətdə deyilir: “TURAL-İ-91” Şirkəti, 1995-ci ildən, Ukrayna Respublikasının “Qosudarstvennoye predpriyatiye obyedineniye “Artyomsol”un Azərbaycan Respublikasında rəsmi təmsilçisidir.Şirkət, Ukraynanın “Artemsol” Duz İstehsalat Birliyindən respublikamıza yodlaşdırılmış, yüksək keyfiyyətə malik olan duz idxal edir.

Bu daş duz olaraq yüksək keyfiyyətə malikdir, həmin duzun əmtəə nişanı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Agentliyi tərəfindən 20050070 saylı Şəhadətnamə ilə təsdiq edilmişdir.

Lakin son zamanlar bizə məlum olmuşdur ki, bəzi üzdən iraq “iş adamları” bilə-bilə, bizim əmtəə və xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından, ştrix kodumuzdan qanunsuz istifadə edərək, saxta yollarla, üzərində eyni ilə bizim göstəricilər, yazılar, məlumatlar və. s olan karton qutuları mətbəələrdə saxta yolla çap edərək, bilə-bilə içərisinə mənbəyi, mənşəyi, tərkibi, keyfiyyəti məlum olmayan, Bakı şəhərinin, Bakı şəhərətrafı rayonlarının çirkab sularının töküldüyü yerlərdən, gölməçələrdən, göllərdən, axmaz sulardan, yarğanlardan, zibilxanalardan və. s yığdıqları, yollara səpilmək ,dəri aşılamaq üçün nəzərdə tutulan ,orqanizm üçün, həyat üçün təhlükəli olan, ağ, duza bənzər, pis keyfiyyətli maddələri toplayaraq, bu maddələrin keyfiyyətsiz olmasını bizə məxsus əmtəə nişanı altında gizlədərək, insan həyatı üçün təhlükəli olan, insanların sağlamlığına ağır zərər vuran, ağır nəticələrə səbəb olan bu maddələri satışa buraxaraq, istehlakçıları aldatmaqla, əhaliyə-istehlakçılara bu maddələri duz adı ilə satmaqla, onlara, xalqa, istehlakçılara, həmçinin şirkət olaraq bizə külli miqdarda ziyan vururlar.Bu işbazlar dövlət qurumlarını aldatmaq üçün İrandan kiçik miqdarda açıq duz idxal edir, sənədləşdirir və əsas satışı qanunsuz əldə edilmiş duzla həyata keçirirlər.

Image result for соль

Adətən bu duza bənzər maddələr yodsuz, kənar qatışıqlarla zəngin olur, insan orqanizmində həll olunmur və insan həyatı üçün ciddi təhlükə-onkoloji xəstəliklər yaranmasına və digər bəd xassəli şişlərin əmələ gəlməsinə səbəb olur.

Belə keyfiyyətə malik olan duza bənzər maddələr, kütləvi şəkildə respublikamızın bütün şəhər və rayonlarında, qəsəbə və kəndlərində qanunsuz olaraq, heç bir qeydiyyat aparılmadan satılır.

Belə ki, əldə edilmiş məlumatlara əsasən çirkab sulardan yığılmış duz adlandırılan bu maddələr, Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsi 6 ünvanında yerləşən sexdə, Abşeron rayonu Saray qəsəbəsi, Fikrət Əmirov küçəsi, 4 ünvanında yerləşən sexdə (Fiziki şəxs T.Rəşidov (VÖEN 2902072412)), üzərində, saxta olaraq çap edilərək şirkətimizə məxsus əmtəə nişanı əks edilmiş. Saxta olaraq hazırlanmış karton qutulara yerləşdirlir və respublikanın Şamaxı, Ağstafa, Qazax, Masallı, Cəlilabad, Səlyan, Xaçmaz, Siyəzən, Şabran, Ağsu, Kürdəmir, Ucar və.s şəhərlərində, həmçinin, Bakı şəhərinin Nizami rayonu ərazisində, Özbəkistan küçəsi 47-53 ünvanında yerləşən “Ekizlər Market”də, Bəhruz Nuriyev küçəsi, 1 ünvanında yerləşən “STOP Market”də, Əli Vəliyev küçəsi, 7A ünvanında yerləşən “RUSLAN-93” Marketdə, T.Abbasov küçəsi ev 9, ünvanında yerləşən “LYUKSMART MARKET”də, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsində (Fuzuli Bayramov prospekti) yerləşən “Toğrul Market”də, eləcə də Bakı şəhərinin digər rayonlarının mağazalarında satılır.

Mənbəyi bəlli olmayan bu maddələri əhaliyə satan şəxslər, bu cinayət əməlləri ilə yanaşı, həm də vergidən yayınırlar, adları gedən mağazalarda, kassa aparatları işləmir, satılan həmin malların qeydiyyatı, uçotu aparılmır.

Bu şəxslər, bizim əmtəə və xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə edərək, AR CM-nin 197.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədirlər, duza bənzər maddələri satanlar da, istehlakçıları aldadaraq AR CM-nin 200.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədirlər.

Tərəfimizdən bütün rüsumlar, vergilər, ödənişlər ödənildiyi halda, bizim etiketlərdən istifadə olunduğu üçün, bizə narazılıqlar bildirilir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Ukraynadan gətirdiyimiz yüksək keyfiyyətli duzu, gömrükləşdirib çıxarması üçün, bizi 3-4 günlərlə ləngidir.

23.11.2017-ci il tarixində Suraxanı rayon prokurorluğuna şikayət ərizəsi yazaraq məlumat vermişik ki, qabaqcadan əlbir olan bir qrup şəxslər, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi Rüfət Abdullayev küçəsində (Fuzuli Bayramov prospekti) yerləşən “Toğrul Market”in rəhbərliyi, insanların sağlamlığına ağır zərər vuran, ağır nəticələrə səbəb olan bu maddələri karton qutulara dolduraraq satış məntəqələrinə verən şəxslərlə, üzərində eyni ilə bizim göstəricilər, yazılar, məlumatlar və. s olan karton qutuları mətbəələrdə saxta yolla çap edənlərlə əlbir olaraq, insanların sağlamlığına ağır zərər vuran, ağır nəticələrə səbəb olan bu maddələri satışa buraxmışlar.

Image result for соль

Belə ki, bu bir qrup şəxslər, bilə-bilə, bizim əmtəə və xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından qanunsuz istifadə edərək, saxta yollarla, üzərində eyni ilə bizim göstəricilər, yazılar, məlumatlar və. s olan karton qutuları mətbəələrdə saxta yolla çap edərək, bilə-bilə içərisinə mənbəyi, mənşəyi, tərkibi, keyfiyyəti məlum olmayan, Bakı şəhərinin, Bakı şəhərətrafı rayonlarının çirkab sularının töküldüyü yerlərdən, gölməçələrdən, göllərdən, axmaz sulardan, yarğanlardan, zibilxanalardan və. s yığdıqları, orqanizm üçün, həyat üçün təhlükəli olan, ağ, duza bənzər, pis keyfiyyətli maddələri toplamış, bu maddələrin keyfiyyətsiz olmasını bizə məxsus əmtəə nişanı altında gizlədərək, insan həyatı üçün təhlükəli olan, insanların sağlamlığına ağır zərər vuran, ağır nəticələrə səbəb olan bu maddələri satışa buraxmışlar, istehlakçıları aldatmaqla,əhaliyə-istehlakçılara bu maddələri duz adı ilə satmışlar və satırlar, onlara, həmçinin bizə külli miqdarda ziyan vururlar.Bu barədə 25.09.2017-ci il tarixində Suraxanı RPİ-nin 30-cü polis Bölməsinə, Suraxanı RPİ-yə məlumat vermişik.

Yuxarıda qeyd etdiklərimizlə yanaşı, həmçinin, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanununun (№ 242-IIQ) 8.3.-cü maddəsinin tələbinə görə, yodlaşdırılmamış duzun qida və ya yem məqsədi ilə istehsalı, satışı və Azərbyacan Respublikasına idxalı qadağandır.

Sizdən xahiş edirik ki, respublikanı başın almış bu xəstlikləri törədənlərin, duzabənzər maddələri toplayanların, satanların müəyyən edilmələri üçün (onlar hamısı müəyyəndirlər, polis onların hər bir kiçik sexi barədə belə məlumatlıdır) üzərində eyni ilə bizim göstəricilər, yazılar, ştrix kodumuz, məlumatlar və. s olan karton qutuları mətbəələrdə saxta yolla çap edən şəxslərin müəyyən edilmələri üçün, insanların sağlamlığına ağır zərər vuran, ağır nəticələrə səbəb olan bu maddələri karton qutulara dolduraraq satış məntəqələrinə verən şəxslərin müəyyən edilmələri üçün, bu maddələri mağazalarda satan şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri üçün tədbirlər görülməsinə göstərişlər verəsiniz”.

Tarix: / Foodinfo