“Mərhəmətli olmağa tələsin!” – AKSİYA

SOCAR-ın tabeçiliyində fəaliyyət göstərən “Azərkimya” Dövlət Şirkətinin əməkdaşları öz şəxsi vəsaitləri hesabına aztəminatlı ailələrdən olan uşaqlara Yeni il sevinci yaşadıblar.

Foodinfo.az xəbər verir ki, SOCAR əməkdaşlarının “Qızıl Aypara” cəmiyyəti ilə “Mərhəmətli olmağa tələsin!” şüarı altında keçirdiyi xeyriyyə aksiyası Sumqayıtda başqa müəssisələri də xeyriyyəçiliyə qoşulmağa təşviq edib.

Bu il əldə olunan vəsait hesabına aztəminatlı ailələrdən olan 200 nəfər uşağa isti qış geyimləri alınıb, onlara “Araz” Marketlər Şəbəkəsi tərəfindən hazırlanan 200 ədəd hədiyyə təqdim olunub.

Qeyd edək ki, 7 ildir , SOCAR əməkdaşları “Qızıl Aypara” cəmiyyəti ilə analoji aksiya keçirir.

Foodinfo.az

Görüntünün olası içeriği: 4 kişi, oturan insanlar

Tarix: / Foodinfo