Prezidentin etimad göstərdiyi Qoşqar Təhməzli kimdir?

Prezident İlham Əliyev Qoşqar Təhməzlinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Qoşqar İlahi oğlu Təhməzli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilib.

Foodinfo.az-ın məlumatına görə, Q.Təhməzli 29 may 1970-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin məzunudur, tibb elmləri üzrə fəlsəfə doktorudur.

Qoşqar Təhməzli Prezident İlham Əliyevin bu il iyunun 16-da imzaladığı sərəncamla  “Tərəqqi”  medalı ilə təltif olunub.

O, Medeks MMC-nin rəhbəri olub. Şirkət öz fəaliyyətini əsasən 3 istiqamətdə qurub: Müxtəlif profilli tibbi, sanator-kurort müəssisələrin qurulması və avadanlıqlarla təchiz olunması; Kosmetoloji mərkəzlərin və Spa komplekslərinin qurulması və müvafiq avadanlıqlarla təchiz olunması; Müxtəlif təyinatlı laboratoriyaların (qida, kriminalistik, klinik) qurulması və təchiz olunması.

Foodinfo.az