“OBA”-dan yeni endirim kampaniyası

OBA marketlər şəbəkəsi alıcılar üçün yeni endirim kampaniyası elan edib.

Foodinfo.az xəbər verir ki, “Topdan qiymətinə pərakəndə satış” şüarı ilə elan olunan kampaniya 20-32 dekabr tarixlərində qüvvədə olacaq.

Endirim kampaniyası Yeni il bayramı münasibəti ilə elan edilib.

Qeyd edək ki, fəaliyyətinə 2016-cı ildə başlayan OBA marketlər şəbəkəsinin əsas məqsədi gündəlik tələbat məhsullarının mümkün olan ən ucuz qiymətə və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. Yüksək endirim (hard-discount) modelini Azərbaycanda ilk olaraq tətbiq edən OBA marketlər şəbəkəsi  700-ə qədər gündəlik tələbat məhsullarını istehlakçılara təqdim edir. Marketlər şəbəkəsində satılan məhsulların əksəriyyəti şəxsi markalardır (PL- Private Label). OBA marketlər şəbəkəsi şəxsi markalarla yanaşı dünyanın tanınmış brendlərini də müştərilərinə ucuz qiymətə təqdim edir.

Tarix: / Foodinfo