İkinci “Bravo” hipermarket açılır

Bu ilin əvvəlində Əhmədli qəsəbəsində ilk hipermarket formatlı mağazasını istifadəyə verən “Bravo” şəbəkəsi ikinci hipermarketini açacaq.

Foodinfo.az-ın xəbərinə görə, hipermarket metronun “20 Yanvar” stansiyası yaxınlığında müştərilərinin ixtiyarına veriləcək.

Hipermarket müştərilərinə aşağıdakı bölmələr üzrə seçim imkanı təklif edir:

-Geniş təravətli meyvə və tərəvəz məhsulları bölməsi

-Böyük ət, dəniz məhsulları, qastronomiya, un və qənnadı məhsulları bölmələri

-Dondurulmuş məhsul çeşidləri

-Şərab və spirtli içkilərdə bol seçim imkanı

-Zəngin körpə qidası və qulluq vasitələri seçimi

-Dəftərxana ləvazimatları və oyuncaqlar

-Geniş çeşiddə kosmetika, şəxsi qulluq və gigiyena bölmələri

-Qadın, kişi və uşaqlar üçün geyim çeşidləri

-Zəngin tekstil məhsulları

-Geniş çeşiddə məişət əşyaları, qab-qacaqlar

-Kiçik mebel və mebel aksesuarları

-Böyük və kiçik məişət texnikası

-Bağ və bağçılıq məhsulları bölməsi

-İdman məhsulları

-Elektrik və əl alətləri bölməsi

Hipermarketin komandası həftənin 7 günü, səhər saat 8-dən gecə saat 12-dək istehlakçıların xidmətində olacaq.

Qeyd edək ki, “Bravo”nun mağazaları “Bravo! Yüksək qiymətlərə qarşıdır!” şüarı ilə fəaliyyət göstərir.

 

 

Tarix: / Foodinfo