“PalSüd”dən şikayət var – FOTO

Sosial şəbəkələrdə “PalSüd”lə bağlı şikayət yayılıb.

Foodinfo.az xəbər verir ki, şikayət süd məhsulunun keyfiyyəti yox, qablaşdırılması ilə bağlıdır.

Belə ki, “PalSüd”ün qablaşdırılmasından narazılıq edən istehlakçı süd qutusunun ağzını açarkən qapağın qutudan üzülərək qopduğunu əks etdirən fotolar da paylaşıb. O, bu halın artıq neçənci dəfədir ki, təkrarlandığını vurğulayıb.

Qeyd edək ki, “PalSüd MMC” ticarət nişanı altında geniş çeşiddə süd məhsulları 2008-ci ildən etibarən istehlakçıların ixtiyarına verilib. MMC “Palmali”Şirkətlərr Qrupunun tərkibində fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.